“Festival minlərlə iştirakçıda xoş ovqat yaratdı” - ÖZƏL

“Gədəbəyin Düzyurd-Miskinli yaylağında keçirilən ilk Milli Yaylaq Festivalı minlərlə iştirakçıda xoş ovqat yaratdı, turistlərin böyük marağına səbəb oldu. Əslində son illərdə paytaxt Bakı şəhəri ilə yanaşı, respublikamızın bölgələrində müxtəlif festivalların keçirilməsi artıq ənənəyə çevrilib. Gədəbəydə təşkil olunmuş ilk Milli Yaylaq Festivalı isə özünün unikal konsepsiyası ilə bölgələrdə keçirilən festivalların ən möhtəşəmi idi”. SİA-nın məlumatına görə bu fikirləri Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin elmi təşkilat bölməsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva deyib.

Onun sözlərinə görə, Azərbaycanda yaylaq və elat ənənələrinin yaşadılması və təbliği məqsədilə keçirilən Milli Yaylaq Festivalının iştirakçılarının coğrafiyası əslində çox geniş idi: “Uzaq Sibirdən, Altay dağlarından Aralıq dənizi sahillərinə, Qıpçaq çöllərindən İran yaylalarınadək yayılmış və özünün zəngin mədəniyyətini yaratmış qədim türkdilli xalqların maddi-mədəni tarixinin, mənəvi irsinin təbliği baxımından da festivalda əlverişli şərait yaradılmışdı”.

Bütün xəbərlər Facebook səhifəmizdə