Lənkəranda etnoqrafik turlara start verildi

Azərbaycan xalqının qədim və rəngarəng maddi-qeyri maddi mədəni irsi minilliklər boyu millətin mentalitetini və şüurunu formalaşdıran əsas mənbələrdən biri olub və xalq yaradıcılığının fərqləndirən nailiyyətlərini özündə cəmləyərək tarix boyu digər xalqlara tanıdıb. SİA-nın cənub bürosunun verdiyi xəbərə görə, bu zəngin irsin təbliğ olunması və eyni zamanda Cənub bölgəsinə turistlərin marağının artması məqsədiylə Lənkəran Turizm İnformasiya Mərkzi (TİM) tərəfindən etnoqrafik turlara start verilib. Belə ki, 23 iyul tarixində Lənkəran TİM-in təşkilatçıılığı və təşəbbüsü ilə Almaniyadan gələn turistlər üçün Lənkəranın məhşur “Nənələr” folklor mahnı və rəqs kollektivi ilə əyani olaraq görüş təşkil olunub. İlk öncə avropalı turistlər Lənkəranın tarix və mədəniyyət abidələri ilə tanış olduqdan sonra Separadi kəndində “Nənələr” folklor mahnı və rəqs kollektivinin üzvlərinin yaşadığı evdə kollektivlə görüşüb, onların ifasında mini konserti dinləyiblər. Almaniyalı qonaqların böyük marağına səbəb olmuş bu görüşdə Lənkəranın adət-ənənələri və folkloru haqqında məlumatlar verilib, qonaqların çoxsaylı sualları cavablandırılıb.

Çay süfrəsi ətrafinda təşkil olunan səmimi görüş Almaniyalı qonaqlara böyük təsir bağışlayıb.

TİM tərəfindən bu formatda tədbirlər bundan sonrada davam etdiriləcəkdir.

Sərraf Talıbov

Bütün xəbərlər Facebook səhifəmizdə