"Festivalda qonşu ölkələrdən gəlmiş folklor kollektivləri iştirak edirlər" - ÖZƏL

"Türkiyənin Bayburt şəhərində növbəti dəfə Beynəlxalq Dədə Qorqud Festivalına start verilib. Ölkəmizi bu tədbirdə Azərbaycanı Dövlət Akademik Musiqili Teatrının balet truppası təmsil edir. Tədbirdə 1300 illik bir zaman kəsiyində öz tarixi öyüdləri ilə yaşayan Dədə Qorquda məhəbbətin izharı olaraq bütün türkdilli dövlətlərdən dəvət olunmuş qonaqlar var". SİA-ya Azərbaycanı Dövlət Akademik Musiqili Teatrının mətbuat xidmətindən verilən məlumatda belə deyilir.

Qeyd edilib ki, tədbirdə qonşu ölkələrdən gəlmiş folklor kollektivləri də iştirak edirlər. Masat yaylasında başlayan şənliklər Dədə Qorqudun şəhər mərkəzindəki abidəsi önündən yürüşlə davam etdirilib. Yerli sakinlər, habelə bu günlərdə dünyanın hər yerindən axışaraq bu şənliyə qatılan yüzlərlə tədbir iştirakçıları Mustafa Kamal Atatürkün adını daşıyan möhtəşəm meydanda Azərbaycan, Gürcüstan və Türkiyənin müxtəlif rəqs və folklor kollektivlərinin çıxışlarını maraqla izləyiblər.

Qeyd edək ki, bir həftə davam edəcək bu mədəniyyət və sənət bayramı ilk dəfə 25 il əvvəl təşkil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə