“Şəki Xan Sarayı turistləri qəbul etməyə hazırdır“

“Şəki Xan Sarayı turistləri qəbul etməyə hazırdır. Şəki Xan Sarayında bərpa, budanma və təmizlik işləri yekunlaşıb”. SİA-nın məlumatına görə, bu fikirləri Dövlət Turizm Agentliyinin Mətbuat xidməti verib. Mətbuat xidməti bildirir ki, hazırda saraya girişin bərpa olunması istiqamətində digər dövlət qurumları ilə razılaşdırılma prosesi gedir. Razılaşdırılma prosesi bitəndən sonra Şəki Xan Sarayı tam istifadəyə veriləcək.

Qeyd edək ki, iyulun 14-də Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid ağacın təxminən 50 santimetr diametrində olan budaq qırılaraq sarayın həyətində olan turistlərin üzərinə düşmüşdü və hadisə nəticəsində 19 nəfər xəsarət almışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...