“Mətbuatımız zəngin və şərəfli inkişaf yolu keçib”- Nazir

Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev 22 iyul – Milli Mətbuat Günü münasibətilə ölkəmizin jurnalist ictimaiyyətini təbrik edib. SİA-nın məlumatına görə, təbrikdə bildirilir ki, bu il 144 yaşını qeyd edən milli mətbuatımız zəngin və şərəfli inkişaf yolu keçib.

1875-ci ildə görkəmli maarifpərvər və mütəfəkkir Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi” qəzeti ilə başlanan bu yol sonrakı dövrlərdə vətənsevər ziyalılarımızın ərsəyə gətirdiyi digər mətbu nümunələrimiz tərəfindən davam etdirilərək xalqımızın milli oyanışında, XX əsrin əvvəllərində istiqlal arzularının gerçəkləşməsində dərin iz qoyub. Bu yolda tarixi xidmətlər göstərmiş fədakar ziyalılarımızı dərin hörmət hissi ilə yad edirik.

Bütün xəbərlər Facebook səhifəmizdə