“Milli Mətbuat və Jurnalistika Günü” - SƏRGİ

Dövrün görkəmli ziyalısı Həsən bəy Zərdabinin 22 iyul,1875-ci ildə nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə ilk Azərbaycan milli mətbuatının əsası qoyulub. 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 nömrəsi işıq üzü görən “Əkinçi” qəzeti xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynayıb, bütün dövrlərdə həqiqət carçısı olub. Azərbaycan yenidən müstəqilliyinə qovuşduqdan sonra 22 iyul ölkəmizdə Milli Mətbuat Günü kimi qeyd olunmağa başlayıb.

Bu münasibətlə iyul ayının 22-də Azərbaycan Milli Kitabxanasında “22 İyul- Milli Mətbuat və Jurnalistika Günü” adlı geniş kitab sərgisi açılıb.

Kitabxanadan SİA-ya bildirilib ki, sərgidə Həsən bəy Zərdabinin əsərləri, haqqında yazılan kitablar, Azərbaycanın milli mətbuat tarixini əks etdirən ədəbiyyatlar, dövri mətbuat materialları nümayiş olunur.
Sərgi bir həftə davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə