“Azərbaycan-Qırğız ədəbi əlaqələri dünən, bu gün və sabah” - TƏDBİR -FOTOLAR

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində tarixi “Kaspi” qəzetinin kollektivi ilə birgə “Azərbaycan-Qırğız ədəbi əlaqələri dünən, bu gün və sabah” mövzusunda tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə “Kaspi” qəzetinin təsisçisi, Əməkdar jurnalist Sona Vəliyeva, Gənc Türk Yazarlar Birliyinin rəhbəri Əkbər Qoşalı Qırqırğızıstandan gələn qonaqları iştirak ediblər.

Sona Vəliyev öz çıxışında türk xalqları arasındakı qədim dostluğun əhəmiyyətindən söz açıb. Bu gün də bu dostluğun davam etdiyini bildirən Sona xanım əlavə edib ki, Qırğız türklərini və onların yaradıcılığını özünə çox doğma hesab edir: “Bu gün təqdim olunan “Gənc qırğız şeiri antologiyası”nda olduqca gözəl şeirlər var. Mən bu şeirlərin bir çoxunu oxuyarkən duyğulandım. Bizim ruhumuz, hisslərimiz, dilimiz çox yaxındır. Bu gün bu gənc yazarlarla görüşdən çox məmnunam”.

Daha sonra Əkbər Qoşalı çıxış edərək qələm adamlarına səmimi arzularını bildirib. Əkbər Qoşalı çap olunan kitabın əhəmiyyətindən danışıb, göstərdiyi diqqətə görə Sona xanım Vəliyevaya təşəkkürünü bildirib.

Daha sonra qırğız qonaqlara Azərbaycan xalçası təqdim olunub.

Qeyd edək ki, Qırğısıstan nümayəndəsi öz ölkəsinin “Qızıl qələm” mükafatını Sona xanım Vəliyevaya təqdim edib.

Tədbirdə Sona Vəliyevanın şeirlər kitabı qonaqlara təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə