"KİV-lərə dövlətimiz tərəfindən yüksək səviyyədə diqqət və qayğı var" - ÖZƏL

"Bu gün Azərbaycanda yüzlərlə mətbuat orqanı-qəzet və jurnalllar, informasiya resursları fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Əkinçi" qəzetinin nəşrə başladığı gün-22 iyul Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunur. 144 illik yubiley münasibəti ilə mən də jurnalistləri təbrik edirəm". SİA-nın məlumatına görə bu sözləri Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Rasim Rzayev deyib.

Rasim müəllim əlavə edib ki, bu sahə olduqca məsuliyyətli, şərəfli sahədir: "Sizə çətin peşənizdə uğurlar arzu edirik. Bu gün KİV-lərə dövlətimiz tərəfindən ən yüksək səviyyədə diqqət və qayğı var. Cənab prezidentimiz İlham Əliyev mətbuat nümayəndələrinə adlar, mənzillər hədiyyə edir, onların sosial problemləri həll olunur. Bu şərəfli ada layiq olan jurnalistləri səmimi qəlbdən təbrik edir, onlara gələcək işlərində uğurlar arzu edirik".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...