“YARAT”da “Mənşə” adlı videotəqdimat olacaq

İyulun 25-də “YARAT” Müasir İncəsənət Mərkəzində rəssam Şəlalə Salamzadənin “Mənşə” adlı videotəqdimatı olacaq.

SİA “YARAT”a istinadən bildirir ki, bu təqdimat rəssam Zadi Çanın “YARAT”da açılmış “Maqohalmi övladı və yaradılış sədası” adlı fərdi sərgisi çərçivəsində reallaşacaq.

Rəssamın “Mənşə” əsəri Humay ilahəsi əfsanəsindən bəhs edir və Azərbaycan nağıllarında parlaq qadın obrazlarının olmamasının inikasıdır. Qədim Azərbaycan mifologiyasında dünyanın sonsuz dənizlərdə yaşayan yarıqadın-yarıquş Humay ilahəsi haqqında əfsanə var. Tanrının antropogen kişi olması ilə bağlı geniş yayılmış inanclara tam zidd olaraq, Azərbaycan mifologiyasında torpaq, flora və fauna dünyasının yaradıcısının məhz Humay ilahəsi olduğu bildirilir. Digər bir ənənə, bu ilahənin məğrur və güclü ruhunu mədh edir. Rəvayətə görə, Humay ilahəsi bütün dünyanı gəzib-dolaşandan sonra, öz yorğunluğunu gizlədərək Ulu Tanrının yanına qayıdır və o, Humaya mətanət və dözümlülük ruhu bəxş edir. Humay ilahəsi haqqında yazılara görkəmli şair Nizami Gəncəvinin əsərlərində də rast gəlmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...