Almaniyanın “Deutschlanfunk Kultur” ictimai radiosunun internet saytında "Əfsanəvi Turan" başlıqla məqalə yer alıb. SİA-nın məlumatına görə, məqalədə Almaniyanın Osnabrük (Osnabrück) şəhərində keçirilən Morgeqanland musiqi festivalının açılışında Azərbaycanın muğam ifaçısı Alim Qasımovun çıxışına geniş yer ayrılıb.

Onu kamançada Rauf İslamovun müşayiət etdiyi bildirilir. A.Qasımovun Türkiyənin Taksim-Trio qrupu ilə eyni səhnəni bölüşdüyü vurğulanır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...