Məmməd Məmmədlinin “Ay işığı”

Bu günlərdə Azərbaycan Yazıçılar Birliyi ilə “Ulduz” jurnalının birgə layihəsi olan “Ulduzlu nəşrlər” seriyasından gənc tərcüməçi-yazıçı Məmməd Məmmədlinin “Ay işığı” kitabı “Təhsil” nəşriyyatı tərəfindən çap olunub.
SİA-nın məlumatına görə, layihənin rəhbəri Qulu Ağsəs, kitabın redaktoru Həyat Şəmidir. Kitaba ispan yazıçılarının əsərlərindən ibarət povest və hekayələr daxil edilib.
Məmməd Məmmədli müstəqillik dövrünün yetirməsidir. 2004-cü ildə Azərbaycan Dillər Universitetinin ispan dili fakültəsini bitirib. İspan ədəbiyyatına, mədəniyyətinə böyük marağı olduğundan hələ tələbəlik çağlarından tərcüməyə həvəs göstərib. Vaxtaşırı ispandilli yazıçıların əsərlərindən nümunələri dilimizə çevirib. Povest və hekayələrindən ibarət tərcümə əsərləri ilə “Ulduz” jurnalında müntəzəm çıxış edir.

Bütün xəbərlər Facebook səhifəmizdə