"Prezidentimiz mətbuat nümayəndələrini özünün dostu adlandırır" - ÖZƏL

"Mətbuat hər ölkənin dördüncü hakimiyyətidir. Bu fikir əbəs yerə səslənməyib. Bu gün heç bir ölkəni mediasız təsəvvür etmək olmaz. Bu peşə sahibindən peşəkarlıq, savad, dünyagörüş və ən əsası vətənpərvərlik tələb edir". SİA-nın məlumatına görə, bu fikirləri millət vəkili, professor Ağacan Abiyev deyib. O, əlavə edib ki, bu gün Azərbaycanda yüzlərlə mətbuat orqanı-qəzet və jurnal fəaliyyət göstərir: "Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Əkinçi" qəzetinin nəşrə başladığı gün-22 iyul Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunur. 144 illik yubiley münasibəti ilə işini sevən, peşəkar jurnalıstləri təbrik edirəm. Düzdür, jurnalist adı altında jurnalistika ilə heç əlaqəsi olmayan insanlar da məşğul olmağa başlayıb, lakin onlar mətbuatın adına sadəcə qara ləkədir: "Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin yolunu davam edən şərəfli jurnalistləri təbrik edir, Sizə çətin peşənizdə uğurlar arzu edirik: "Təsadüfən deyil ki, ölkəmizdə söz və mətbuat azadlığına, KİV-lərə ən yüksək səviyyədə diqqət və qayğı var. Cənab prezidentimiz İlham Əliyev mətbuat nümayəndələrini özünün dostu adlandırır. Bu ada layiq olan jurnalistlər çoxdur və bu jurlalistlərin sayəsində ölkəmizin tarixi, mədəniyyəti, idmanı və bütün sahələrdə olan inkişaf işıqlandırılır".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...