"Hər birimizin əməyini, gördüyü işləri məhz jurnalistlər işıqlandırır" - ÖZƏL

"22 iyul-Azərbaycanda Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd edilir. Mətbuat Günü münasibəti ilə bütün jurnalistləri təbrik edirəm. Jurnalist peşəsi ən lazımlı, şərəfli peşələrdən biridir. Mənim bu sahədə çoxlu sayda dostlarım var. Bizim hər birimizin əməyini, gördüyü işləri məhz jurnalistlər işıqlandırır və tanıdır. Bu, baxımdan onların əməyi daim uca tutulmalı və qiymətləndirilməlidir. Onu da deyim ki, jurnalistlərə göstərilən dövlət qayğısı da bu peşəyə verilən yüksək dəyərin ifadəsidir". SİA-nın məlumatına görə, bu fikirləri Xalq artisti, muğam ustası Mənsum İbrahimov deyib.

Sevilən sənətkar bildirib ki, onun sənəti daim jurnaistlər tərəfindən diqqətdə olub. Bu diqqət və sevgiyə görə Mənsum İbrahimov bütün peşəkar jurnalistləri ürəkdən təbrik edib, onlara yeni-yeni uğurlar arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə