"Bu sənətdə zərgər dəqiqliyi tələb olunur" - MÜNASİBƏT

"Sərgini ziyarət etdikdən sonra bu xalq sənətinin asan olmadığını gördüm. İlk dəfədir ki, xalça, onların toxunmasını əks etdirən film gördüm. Xalçaların millimetrlik kağızlarda eskizləri çox gözəldir. Millimetrlik kağızlarda xalçaların naxışlarının rəngli nöqtələrlə göstərilməsi heyranedicidir. Bu eskizlər gələcək xalçanın rüşeymidir. Nöqtələrlə onun necə inkişaf etdirilib ərsəyə gəldiyini görürük. Eskizlər xalça toxuculuğunun nə qədər dəqiqlik tələb etdiyini göstərir. Zərgər dəqiqliyi tələb olunur". SİA-nın məlumatına görə, bu fikirləri Heydər Əliyev Fondu tərəfindən Kann şəhərində təşkil olunmuş “Yeni kəşflər: Azərbaycan xalçaçılığında yeni motivlər” adlı xalça sərgisinin ziyarətçisi Loran Tardivel söyləyib.

O, bildirib ki, sərgi çərçivəsində nümayiş olunan film, millimetrlik kağızlarda çəkilmiş eskizlər xalçanın ərsəyə gəlməsinin nə qədər çətin olduğunu göstərdi. Ancaq bu çətinliklərə baxmayaraq, Azərbaycanda xalçaçılıq sənətinin qorunub saxlanması, canlandırılması və inkişaf etdirilməsi diqqətəlayiqdir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...