"Kulinariya bir mədəniyyətdir" - ÖZƏL

"Peşəkar kulinariya müsabiqəsi olacaq. Yarışlar komanda və fərdi şəkildə təşkil olunur. Tədbir zamanı “Halal” sərgi də keçiriləcək. “Halal” sərgidə halal məhsul istehsal edən şirkətlər və məhsullar yer alacaq. Üç gün ərzində şirkətlər məhsullarını sərgidə göstərə biləcəklər. Konqres zamanı ilk dəfə dünyada “Hilal Star” mükafatı Azərbaycanda bir restorana veriləcək ki, bu da dünya kulinariya tarixində çox böyük əhəmiyyətə malik olacaq.Ölkəmizin aparıcı usta aşpaz və ya ali peşə təhsili alan mütəxəssislər beynəlxalq WICS münsif sertifikatı ala biləcəklər". SİA-nın məlumatına görə, bu fikirləri Milli Kulinariya Assoasiyasının rəhbəri, professor Tahir Əmiraslanov deyib.

O, əlavə edib ki, kulinariya bir mədəniyyətdir: "Hər kəs öz zövqünü ortaya qoyaraq öz fantaziyasından istifadə edir. Yarışmalar bu mədəniyyətin inkişafına xidmət edir".

Bütün xəbərlər Facebook səhifəmizdə