Xalça Muzeyinə “Milli” statusu verilib

Baş Nazir Novruz Məmmədov Azərbaycan Xalça Muzeyinə “Milli” statusunun verilməsi haqqında Qərar imzalayıb. SİA-nın məlumatına görə, Qərar “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər və “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 16 aprel tarixli 698 nömrəli Fərmanının ləğvi haqqında” dövlət başçısının 2014-cü il 14 may tarixli 162 nömrəli Fərmanına əsasən imzalanıb.

Mədəniyyət Nazirliyinə Maliyyə Nazirliyi ilə birlikdə bu Qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...