"Tədbir çərçivəsində aşpaz və qənnadıçılar yarışacaq" - Açıqlama

"Bu gündən Dünya İslam Kulinariya Birliyinin (WICS) ofisi daimi olaraq Azərbaycanda fəaliyyət göstərəcək. Konqresdə 24 ölkə iştirak edir. Tədbir çərçivəsində halal qida sərgisi, aşpaz və qənnadıçıların İslam mətbəxi yarışları, WICS kateqoriyalı münsif kursları, Dünya İslam Kulinariya təşkilatının II konfransı da keçiriləcək. Konfrans zamanı WICS-in daxili işləri, proqramı, yeni layihələri müzakirə ediləcək". SİA-nın məlumatına görə, bu fikirləri Milli Kulinariya Assoasiyasının rəhbəri, professor Tahir Əmiraslanov deyib.

Qeyd olunub ki, tədbir çərçivəsində, həmçinin II Beynəlxalq İslam Kulinariya Çempionatı da təşkil olunacaq:"Bu, peşəkar kulinariya müsabiqəsidir. Yarışlar komanda və fərdi şəkildə olacaq. Tədbir zamanı “Halal” sərgi keçiriləcək. “Halal” sərgidə halal məhsul istehsal edən şirkətlər və məhsullar yer alacaq. Üç gün ərzində şirkətlər məhsullarını sərgidə göstərə biləcəklər. Konqres zamanı ilk dəfə dünyada “Hilal Star” mükafatı Azərbaycanda bir restorana veriləcək ki, bu da dünya kulinariya tarixində çox böyük əhəmiyyətə malik olacaq.Ölkəmizin aparıcı usta aşpaz və ya ali peşə təhsili alan mütəxəssislər beynəlxalq WICS münsif sertifikatı ala biləcəklər".

Müəllif: Jalə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...