Azərbaycanın tanınmış xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyev barədə bəhs edən “100 il şərəfli ömür” filmi ABŞ-ın “Green Mountain Christian” Film Festivalında nominasiya alıb. SİA-nın məlumatına görə, film oktyabr ayında kilsədə nümayiş etdiriləcək və birincilik uğrunda yarışacaq.

“100 il şərəfli ömür” filminin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımovdur.

Filmin rejissoru XX əsrin əvvəllərində baş verən tarixi, siyasi proseslərə, eləcə də böyük xeyriyyəçinin həyatının müxtəlif məqamlarına güzgü tutan kadrların Almaniya arxivlərindən əldə edilməsinə böyük zaman sərf etdiyini bildirib. Filmin ssenarisi üzərində üç ildən çoxdur işlədiyini söyləyən C.Qasımov, həm tələbəlik illərində, həm də sonradan əldə etdiyi məlumatların onda əminlik yaratdığını vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə