Cari ilin sentyabrın 28-dən oktyabrın 1-dək Azərbaycanda Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı keçiriləcək. Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə reallaşacaq festival dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin (1369-1417) yaradıcılığının tədqiqi və təbliği, onun fikir və düşüncələrinin müasirlikdə əksini izləmək məqsədi daşıyır. SİA-nın məlumatına görə, tədbirlərdə Nəsimi poeziyası, onun fəlsəfi ideyaları tərənnüm olunacaq.

Xatırladaq ki, Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı ilk dəfə ötən ili, sentyabr ayında keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə