"Şəki özünəməxsus dəyərləri ilə Azərbaycanda seçilməkdədir" - Nazir müavini

"Azərbaycanın hər bir uğuru Türkiyə ictimaiyyətinin misilsiz sevincinə səbəb olur. “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiyasının UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi barədə tarixi qərarı da böyük məhəbbətlə qarşıladıq". SİA-nın məlumatına görə, bu fikirləri açıqlamasında Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Sərdar Çam bildirib.

O, əlavə edib ki, Azərbaycan tarixi və müasir mədəniyyətinin özəlliklərilə türk dünyasında seçildiyi kimi Şəki də özünəməxsus dəyərləri ilə Azərbaycanda seçilməkdədir: "Şəki əhalisinin əlamətdar xüsusiyyətləri, insanların nadir danışıq tərzi, o cümlədən bölgənin zəngin mətbəxi ayrı-ayrılıqda dəyərli mədəniyyət nümunələridir. Şəkinin pitisi və paxlavası bu torpağa ayaq basan hər kəsə Azərbaycanı sevdirən təamlardır. Təbii ki, bölgənin qədim tarixi, təbii və qazanılmış abidələri təkrarolunmaz bir mirasdır. “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi Azərbaycana böyük uğurlar qazandıracaq".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...