"İdmançılar daim ölkə başçısının diqqətindədirlər" - ÖZƏL

"Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunmağım münasibətilə cənab Prezidentə dərin təşəkkürümü bildirirəm. Bu, mənim üçün böyük şərəfdir. Çünki, medal Xalq Cumhuriyyətimizin 100 illiyinə həsr olunub. Arzu edirəm ki, müstəqilliyimiz daim əbədi, dövlətimiz qüdrətli olsun". SİA-nın məlumatına görə, bu fikirləri Paralimpiya çempionu, Paralimpiya Komitəsinin qızlardan ibarət yığma komandasının baş məşqçisi, "Bakı Cüdo Klubu"nun rəhbəri Ramin İbrahimov deyib.

Çempion əlavə edib ki, bu medal onun üçün əvəzsizdir, çünki bu təltifdə Prezident İlham Əliyevin imzası var: "İdmançılar daim ölkə başçısının diqqətindədirlər. Bu diqqət bizə böyük stimuldur. Biz idmançılar Azərbaycanı dünyada layiqincə təmsil etməkdən qürur duyuruq" .

Bütün xəbərlər Facebook səhifəmizdə