"Düşünürəm ki, Şəkidə bir çox uğurlu layihələr olacaq" - ÖZƏL- AÇIQLAMA

"Ölkəmiz üçün vacibli,önəmli, tarixi bir gün yaşadıq. Bu hadisə olduqca vacib və mühüm idi. UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” nominasiyasının qəbul olunması və bu tarixi anın Bakıda yaşanması iştirakçılar üçün unudulmaz oldu. Ölkəmizdə mədəni irsin qorunması Azərbaycan ilə UNESCO arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir. Ölkəmiz 1992-ci ilin iyunundan UNESCO-ya üzv qəbul olunub. 1996-cı ildə isə UNESCO ilə Azərbaycan arasında əməkdaşlıq sahəsində memorandum imzalanıb. Həmin vaxtdan etibarən BMT-nin elm, təhsil və mədəniyyət üzrə bu nüfuzlu təşkilatı ilə əlaqələrimiz genişlənməkdədir.

Qeyd edək ki, 2006-cı ildə Qobustan Qoruğunun UNESCO-nun Dünya İrs Siyahısına daxil olmasından sonra bu hadisəni Azərbaycan üçün yeni bir uğur hesab etmək olar. Bu qərar həm də beynəlxalq içtimaiyyətin Azərbaycan mədəniyyətinə verdiyi yüksək qiymətdir. Gözəl haldır ki, biz bu sevinci ölkəmizə yaşada bildik". SİA-nın məlumatına görə, bu fikirləri açıqlamasında Mədəniyyət Nazirinin məsul işçisi Vasif Eyvazov bildirib.

Nümayəndə bildirib ki, Bakıda UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında Azərbaycanın "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi ictimaiyyət və ziyalılar arasında olduqca yüksək qiymələndiirlir. Həmçinin, bu tarixi uğur münasibəti ilə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva da xalqımızı təbrik etdi: "Bu mədəni irsi bəşəriyyət qarşısında qoruya bilmək, onun mühafizəsini təmin etmək və konservasiya məsələlərini düzgün qura bilmək əsas şərtdir. Bu uğur həm də Şəki ərazisində yaşayan insanlar üçün motevasiya olacaq. Şəkiyə çox sayda qonaqlar, turistlər gələcək. Bununla yanaşı, orada yaşayan insanlar böyüb bir məsuliyyəti də çiyinlərində daşıyacaqşar. Sakinlər eyni zamanda, bu dəyərli abidələri bütün bəşəriyyət qarşısında qorumağa da cavabdehdirlər. Bu ərazilərdə çox sayda mədəni irs nümunələri var. Bu istiqamətdə müəyyən dövlət orqanları ilə bərabər müvafiq işlər aparılacaq və düşünürəm ki, gələcəkdə bir çox uğurlu layihələr olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...