Mədəni irsin qorunması gələcək nəsillərə töhfə verəcək - UNESCO

İyunun 30-dan iyulun 10-dək ölkəmiz UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına ev sahibliyi edib. SİA-nın məlumatın agörə, bu tədbir UNESCO ilə ölkəmiz arasında tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olmasından xəbər verir.

Bakı sessiyasında 2500-ə yaxın nümayəndə iştirak edib. Sessiyada 29 nominasiya UNESKO-nun Dünya İrsi Siyahısına daxil edilib. Bunlardan 24-ü mədəni, 4-ü təbii və 1-i qarışıq nominasiya idi. Şəki Xan Sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzi də bu siyahıda yer alıb. Bununla da Dünya İrs Siyahısında qorunan mədəni irs nümunələrinin sayı 1121-ə çatıb. Burada qəbul edilən qərarlar dünya mədəni irsinin qorunmasına, gələcək nəsillərə çatdırılmasına töhfə verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...