"Şəki Xan satayı 1-ci dərəcəli tarixi əsər sayılmalıdır" - MEMAR

"Şəki Xan Sarayı tarixi əsər dəyərləndirməsinə görə, zənnimcə, 1-ci dərəcəli tarixi əsər sayılmalıdır. Onun roluna uyğun istismara verilməsi qeyri-mümkündür. Ona görə yox ki, indiki dövrdə saray anlayışı yoxdur. Misal üçün, bu Sarayın tərkibində tarixi bir hamam olsa belə 1-ci dərəcəli tarixi əsər kimi onun istismar qadağası var. Bu əsər sadəcə vaxtı-vaxtında üsuluna uyğun təmir və restavrasiya edilərək müzey kimi istifadə edilə bilər". SİA-nın məlumatına görə, bu fikirləri memar Söhrab Rəhimov deyib.

Memar əlavə edib ki, tarixi əsərlərlə əlaqədar bloqumda daha əvvəl də qısaca da olsa yazmışdım: " Bizdə tarixi abidələri qoruma qurumu yaradılmalı, əsərlər dərəcələrinə görə təmir edilib qorunmalı və istismar edilməlidir. Ümumiyyətlə, bəzi regionlar, o cümlədən Şəki Xan Sarayının olduğu bölgə bütövlüklə tarixi region elan edilməlidir. Bu, o bölgənin tarixi dəyəri olduğu deməkdir".

Qeyd edək ki, UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESKO-nun Dünya İrs Siyahısına daxil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə