“Forum təcrübənin qazanılmasında böyük önəm daşıyır“ - MÜNASİBƏT

Bakı Konqres Mərkəzində UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində keçirilən “Abidə Menecerləri Forumu“nda Ümumdünya İrs Mərkəzinin direktoru Mextild Rossler çıxış edib. SİA-nın məlumatına görə, nümayəndə bildirib ki, Abidə Menecerləri Forumu yeni biliklərin əldə edilməsi, əlaqələrin qurulması və təcrübənin qazanılmasnda böyük önəm daşıyır: “Forumun gündəliyinə Abidə Menecerləri Forumunun Dünya İrsi çərçivəsində və Potensial Yaradılması sahəsində məqsəd və obyektləri, Dünya İrsi və Dayanıqlı İnkişaf - 2015-ci il idarəetmə sənədi ilə tanışlıq, Mədəniyyət mənzərələri və Dünya İrsinin xüsusiyyətləri nəzdindəki konservativ tətbiqlərə dair əsas təqdimat və digər mövzular daxildir”.

Qeyd edək ki, forum iştirakçıları "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunu, “Qobustan” Dövlət Tarixi-Bədii Qoruğunu və digər yerləri gəzəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...