TMU Rumıniya Universiteti il əməkdaşlığa böyük önəm verir

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa Avropa İttifaqının “Erasmus+” proqramı çərçivəsində Rumıniyanın İaşi şəhərində fəaliyyət göstərən İoan Cusa Alixandır Universiteti tərəfindən keçirilən “Beynəlxalq həftə”də iştirak edib.

ATMU-dan SİA-ya bildirilib ki, beynəlxalq tədbirin gündəliyinə qarşıdakı illərdə gerçəkləşməsi planlaşdırılan işlər, həmçinin mövcud əməkdaşlığa dair nəticələrin müzakirəsi daxil idi. Beş gün davam edən tədbirdə iştirakçı universitetlərin “Erasmus+” proqramı çərçivəsində fəaliyyətindən bəhs edən təqdimatlara baxış keçirilib. Eyni zamanda İoan Cusa Universitetinin inkişaf istiqamətləri və strateji hədəfləri ilə bağlı geniş dinləmələr olub.

Məlumatda bildirilir ki, ATMU “Erasmus+” proqramı çərçivəsində Rumıniya Universiteti ilə müəllim və tələbə mübadiləsi sahəsində əməkdaşlığa böyük önəm verir. Son 3 ildə bir neçə tələbə və müəllim tərəfdaş universitetdə öz səviyyələrində təhsil və tədris prosesinin iştirakçısı olub. 2019/2020–ci tədris ilində daha bir müvafiq ixtisas tələbəsi tərəfdaş universitetdə proqram üzrə təhsil almaq şansı qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə