Azərbaycanda ilk dəfə "Vokal Televiziya Müsabiqəsi"

"Azərbaycan Televiziyası Mədəniyyət Kanalının təşkilatçılığı ilə .Azərbaycanda ilk dəfə olaraq Vokal Televiziya Müsabiqəsi elan olunur.Telemüsabiqədə 18-30 yaş arası vokalçılar iştirak edə bilər". SİA-nın məlumatına görə, bu sözləri Mədəniyyət TV-nin rəhbəri Ramil Qasımov bildirib.

O, əlavə edib ki, iştirakçılar 25 noyabr tarixinədək fortepianonun müşayiəti ilə Azərbaycan və Avropa klassik musiqilərindən ibarət videoyazını 050 -492 -14 -58 whatsapp nömrəsinə, özləri haqqında məlumatı və şəxsiyyət vəsiqəsinin surətini medeniyyet@aztv.az elektron ünvanına göndərə bilərlər. Müsabiqənin sonunda qalib iştirakçılar mükafatlandırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə