"Muğam sehirli qüvvədir" - Özəl - Rəy

"Azərbaycan muğamı sehirli bir qüvvədir. Bu musidi dünyanın hər yerində insanlar tərəfindən əla qəbul edilir və heyranlıqla izlənilir. Bu günlərdə Belçikada Muğam Günləri çərçivəsində sonuncu konsert bu ölkənin tarixi irs abidələri sırasında önəmli yer tutan və inşası X əsrə təsadüf edən Müqəddəs Bavo Monastrında keçirildi. Gent şəhəri bələdiyyəsi və “De Centrale” Mədəniyyətlərarası Musiqi Mərkəzi tərəfindən birgə təşkil olunmuş konsert şəhər ictimaiyyətində geniş maraq doğurdu. Qürur hissi duyuruq ki, Azərbaycanın zəngin mədəniyyəti hamını heyran edir". Bu sözləri SİA-ya özəl açıqlamasında Əməkdar artist, kamança ustası Elnur Əhmədov deyib.

O, əlavə edib ki, konsertlər yerli mətbuat tərəfindən işıqlandırılıb, sosial şəbəkələrdə minlərlə insanın qoşulduğu hesablar vasitəsilə canlı yayımlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə