"Uğurla fəaliyyət göstərən xalq teatrları da var" - Açıqlama

"Ölkəmizdə ümumilikdə, 39 xalq teatrı kollektivi fəaliyyət göstərir. Əhalinin asudə vaxtının təmin olunması, istedadlı şəxslərin yetişdirilməsi, onların bədii yaradıcılığının inkişaf etdirilməsində bu kollektivlərin əhəmiyyətli rolu var". SİA-nın məlumatına görə, bu barədə Məədn iyyət naziri Əbülfəs Qarayev maraqlı fikirlər söyləyib.

Nazir bildirib ki, III Respublika Xalq Teatrları Festivalının olduqca əhəmiyyətlidir: "Bu gün dövlət teatrları ilə yanaşı, uğurla fəaliyyət göstərən bir sıra xalq teatrları da var. Onlar maraqlı tamaşalar, diqqətəlayiq layihələr ortaya qoyurlar. Nazir ümidvar olduğunu bildirib ki, iki ay ərzində keçirilən bu festival ölkəmizin teatr sənətinin gələcək inkişafına öz töhfələrini verəcək".

Qeyd edək ki, bu il Şabran rayon Xalq Teatrı keçirilən festivalın qalibi elan olunub. II yerə Cəlilabad, Şərur, III yerə isə Mərdəkan, Zaqatala və Yevlax xalq teatrları layiq görülüb. Həmçinin festivalın digər iştirakçı kollektivlərinə müxtəlif nominasiyalarda Mədəniyyət Nazirliyinin diplomları təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə