“Mən yaradıcılığa birdən-birə atılmadım” - AÇIQLAMA

“Hər bir yazıçının ədəbiyyata aparan məxsusi yolu var. Mən birdən-birə yaradıcılığa atılmadım. Hələ məktəb illərində “Azərbaycan gəncləri” qəzetində yazmağa başladım, ilk ciddi tapşırığım isə “Qırmızı qərənfil” inqilab veteranları klubu haqqında reportaj hazırlamaq olub”. SİA-nın məlumatına görə bu fikirləri tanınmış yazıçı Natiq Rəsulzadə bildirib.

O, əlavə edib ki, həmin vaxt on yeddi yaşlı gənc veteranlarla görüşü poetik çalarlarla qələmə almışdı. Yazıçı əlavə edib ki, bu qəzet ona ən başlıca keyfiyyəti - artıq sözçülüyə varmamağı öyrətdi.

Bütün xəbərlər Facebook səhifəmizdə