Bu gün Bakıda YUNESKO-nun Ümümdünya İrs Gənc Peşəkarlar Forumu öz işinə başlayıb.
SİA-nın məlumatına görə, Azərbaycan Memarlıq və İnşaat Universitetində baş tutan açılışda Mədəniyyət naziri Əbülfəs Qarayev və univerisitetin rektoru Gülçöhrə Məmmədova çıxış edərək Forumun əhəmiyyətindən danışıb. Sonra Dünya İrs Mərkəzinin direktoru, Dr. Meştild Roslerin iştirakçılara video müraciəti göstərilib.
Qeyd edək ki, Forumun mövzusu “Ümumdünya İrsi: Qlobal Çağırışlar üçün Yerli İdeyalar”dır. Məqsəd 21-ci əsrdə dünyada irsin idarəedilməsində mövcüd problemlər və imkanların üzə çıxarılmasıdır.
Forum iyulun 2-də başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə