“Xoşbəxtliyin bazarı varmı?" -Nəşr

Müasir özbək ədəbiyyatının tanınmış ədəbi simalarından biri, publisist, yazıçı, şair, dramaturq, Özbəkistan Yazıçılar Birliyinin üzvü Qoşqar Narqabilin “Xoşbəxtliyin bazarı varmı?...” adlı kitabı Azərbaycan dilində nəşr olunub. SİA-nın məlumatına görə, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında işıq üzü görüb.

Kitabı nəşrə hazırlayan, redaktor və “Ön söz” müəllifi filologiya elmləri doktoru, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu “Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr” şöbəsinin müdiri Almaz Ülvi Binnətova, rəyçisi isə şair, publisist Əkbər Qoşalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə