"Ustad sənətkarların üzərinə böyük məsuliyyət düşür" - Münasibət

"Aşıq sənəti - Azərbaycanda xalq mühitində yaranmış şifahi xalq yaradıcılığı musiqi forması və təsir gücüdür. Məşhur olması və kamilliyi baxımından analoqu olmayan bir təzahürdür, kiçik bir tamaşadır. Burada musiqi improvizatoru, söz və şeir sətirlərinin müəllifi, musiqi alətində - sazda ifaçı və rəqs edən bir simada-aşığın simasında özünü göstərir". SİA-nın məlumatına görə, bu fikirləri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Hafiz Kərimov bildirib.

O, əlavə edib ki, aşıq sənəti Azərbaycanın Qazax, Kəlbəcər, Tovuz, Şamaxı rayonlarında, həmçinin tarixi Göyçə və Borçalı mahallarında xüsusilə vüsət tapmışdır: "Bu gün aşıq sənətinin qorunması və gənc nəslə öyrədilməsi sahəsində ustad sənətkarların üzərinə böyük məsuliyyət düşür. Ustad-şagird ənənəsi tarixi mənzərəsini dəyişdiyindən çox sayda dastan və havacat yükünə malik olan gənc aşıqların yetişdirilməsi xeyli dərəcədə çətinləşsə də, bunun öhdəsindən gəlməliyik".

Bütün xəbərlər Facebook səhifəmizdə