Romanın “Villa Borghese” parkındakı tarixi “Casa del Cinema” kino evində İtaliyada İkinci Azərbaycan Film Festivalının rəsmi açılışı olub. Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının İtaliyadakı səfirliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Roma şəhər Meriyası, “Casa del Cinema”, “Zetema”, “RAI Cinema” kimi qurumların təşkilatçılığı ilə keçirilən festivalın media tərəfdaşları “Askanews” xəbər agentliyi, AZƏRTAC, AzTV, və “AzerbaijanNews” xəbər portalıdır.

Festivalın rəsmi açılışında İtaliyanın dövlət rəsmiləri, parlament üzvləri, mədəniyyət, incəsənət aləminin tanınmış nümayəndələri, ölkədə akkreditə olunan diplomatik korpusun, kütləvi informasiya vasitələrinin təmsilçiləri, kinosevərlər iştirak ediblər.

İyunun 22-dək davam edəcək İtaliyada İkinci Azərbaycan Film Festivalı çərçivəsində, Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş, baş prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva olan “Son iclas” bədii-sənədli filmi, “Nar Bağı”, “Üçüncü Günün Adamı”, “Təhminə” kimi bədii filmlər nümayiş etdiriləcək.

Festival İtaliya mətbuatının böyük marağına səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə