“Struktur, fərd və təşkilatların statistikası toplanmır” - Açıqlama

“Mədəniyyət sahəsində indikatorların çatışmazlığı problemləri ilə rastlaşırıq. Bu o deməkdir ki, mədəniyyət sahəsində bütün struktur, fərd və təşkilatların statistikası toplanmır. Bununla bağlı artıq bir neçə əlaqədar qurumlarla danışıqlar aparılıb. Mədəniyyət biznesinin dövlətin ümum daxili məhsulunda rolu sənədlərlə öz əksini tapmalıdır. Bu işin həlli istiqamətində Vergilər Nazirliyi ilə müvafiq iş aparılır”. SİA-nın məlumatına görə, bu fikirləri Mədəniyyət Nazirliyində struktur bölmələrin iştirakı ilə keçirilən kollegiya iclasında qurumun Aparat rəhbərinin müavini, Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə deyib.

O, əlavə edib ki, sözügedən məsələ ilk dəfədir ki, müzakirə olunur: “Çünki bu istiqamətdə təkcə nazirliyin strukturunda olan idarələr deyil, sahənin bütün iştirakçıları dövlət və özəl tərəfdaşlar mədəniyyət biznesi və mədəniyyət sənayesinin formalaşmasında iştirak edir. Bu sahə müasir dövrün əsas trendlərindən biridir”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...