“Erməni zindanında səkkiz gün” - Tədbir - Fotolar

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyi və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə Xocalı sakini Dürdanə Ağayevanın “Erməni zindanında səkkiz gün” adlı kitabının təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə millət vəkilləri, Xocalı sakinləri, media nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva bildirib ki, bu kitab bir Azərbaycan qadının harayı deyil, bütün əsirlikdə olan qadınların harayıdır: “Kitabın müəllifi Dürdanə xanıma cəsarəti üçün təşəkkür edirik. O, çəkdiyi iztirabın müəyyən hissəsini bizimlə paylaşıb. Bu kitab bir neçə dildə çap olunmalı və Xocalı həqiqətləri dünyaya yayılmalıdır”.

Tədbirdə millət vəkilləri və 8 gün əsirlikdə olan Dürdanə Ağayeva çıxış edib. Müəllif bildirib ki, onu bu kitabı yazmağa vadar edən başımıza gətirilənlərin dünya içtimaiyyətinə çatdırılması və erməni terrorunu duyurmaq istəyidir.

Bütün xəbərlər Facebook səhifəmizdə