"Vətən- uğrunda ölməyə hazır olduğum məkandır" - Görüş

“Vətən - hər zaman qorunmağa ehtiyac duyulandır, uğrunda ölməyə hazır olduğum məkandır”,- deyən Azərbaycanın mərd oğlu, Azərbaycan Silahlı Qüvvələrinin kəşfiyyatçısı, baş leytenantı Kamil Musəvi 25 iyun, saat 12-də Azərbaycan İlahiyyat İnstitutunda tələbələrlə görüşəcək. SİA-nın məlumatına görə, görüşdə arzu edənlər iştirak edə bilərlər.

Qeyd edək ki, o, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medal, "Vətən Naminə" medalı və "General Həzi Aslanov" medallarının laureatıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə