"Regionların hərtərəfli inkişafına xüsusi diqqət yetirilir" - Münasibət

"Regionlararası əlaqələrdə mədəniyyətin xüsusi rolu var. Ulu öndər Heydər Əliyev ölkəmizə rəhbərliyinin hər iki dövründə mədəniyyətə xüsusi diqqət və qayğı ilə yanaşıb. Bu siyasət hazırda ölkə rəhbərliyi tərəfindən uğurla davam etdirilir. Regionların hərtərəfli inkişafına xüsusi diqqət yetirilir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qayğısı sayəsində bu gün mədəniyyətimiz və mədəni irs nümunələrimiz beynəlxalq aləmdə tanıdılır, təbliğ edilir". SİA-nın məlumatın agörə, bu barədə mədəniyyət naziri Əbülfəs Qarayev Mədəniyyət Nazirliyin təşəbbüsü ilə reallaşan “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının əhəmiyyətindən danışarkən deyib.

Nazir əlavə edib ki, mədəniyyətimizi yaşatmaq və gələcək nəsillərə ötürmək üçün bu sahədə çalışanlar da öz töhfələrini verirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə