“Kaspi” Liseyi “Məzun Günü”nü qeyd edib - FOTOLAR

Bu gün "Kaspi" Liseyləri Məzun Gününü qeyd edib. SİA-nın məlumatına görə, tədbirdə liseyin şagird-müəllim heyyəti, dövlət rəsmiləri, media nümayəndələri iştirak edib. Azərbaycan Dövlət Musiqili Teatrında keçirilən tədbirdə Dövlət Himni səslənib. Sonra "Kaspi" Təhsil Şirkətinin təsisçisi Sona xanım Vəliyeva çıxış edərək liseyin fəaliyyətindən və əldə edilən uğurlardan danışıb. Daha sonra videoçarx nümayiş edilib, ulu öndər Heydər Əliyevin və prezident İlham Əliyevin təhsillə bağlı dəyərli fikirləri səslənib. Sona xanım Vəliyeva çıxışında qeyd edib ki, "Kaspi" artıq 4 ildir məzun buraxılışını qeyd edir və bu il liseyin şagirdlərindən 20 nəfəri xarici ölkədə təhsil almaq hüququ qazanıb. Lisey bu il də 100 faiz qəbul nəticəsi əldə edib.

Sonra məzunlar maraqlı tamaşalar və rəqslər nümayiş ediblər. "Müdrik insan" və "Ümid yolu" səhnələri tədbirin yaddaqalan anlarından olub.

Bütün xəbərlər Facebook səhifəmizdə