“Bu alətin Azərbaycana məxsus olduğunu bilirdim“

“Balabana marağım Alim Qasımovun ifasına qulaq asdıqdan sonra yaranıb. Sonra bu alətlə yaxından tanış olmaq və peşəkar musiqiçi kimi yetişməyi qərar verdim. Fransada olarkən bu alətin Azərbaycana məxsus olduğunu bilirdim”. SİA-nın məlumatına görə, bu sözləri tanınmış fleyta ifaçısı Sylvain Barou deyib.

Qeyd edək ki, musiqiçi beş gündür Azərbaycandadır. O, yerli ifaçılarla görüşüb milli musiqimizi dərindən öyrənmək niyyətindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə