"Beynəlxalq tədbirlərin Azərbaycanda keçirməsi dövlətimizin nüfuzundan xəbər verir" - Açıqlama

"Ölkəmizin son illərdə sürətli inkişaf yoluna qədəm qoyması dünya birliyində yüksək qiymətləndirilir. Dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının öz tədbirlərini Azərbaycanda keçirməsi müstəqil dövlətimizin nüfuzundan xəbər verir. Dünya İrs Komitəsinin 42-ci sessiyasında Azərbaycan bir il müddətinə komitənin sədri seçilib". SİA-nın məlumatına görə, bu fikirləri UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasına hazırlıqla bağlı növbəti iclasında nazir Əbülfəs Qarayev deyib.

Nazir əlavə edib ki, ölkəmiz üçün böyük əhəmiyyətə malik belə bir qərarın qəbul edilməsi UNESCO ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olmasının göstəricisidir: "UNESCO-nun bu əhəmiyyətli tədbirinin Bakıda keçirilməsi hər bir əlaqədar təşkilatın üzərinə böyük vəzifələr qoyur".

Bütün xəbərlər Facebook səhifəmizdə