"Unudulmayanlar" layihəsinin növbəti buraxılışı

Beynəlxalq Muğam Mərkəzinin "Unudulmayanlar" layihəsinin növbəti buraxılışı məşhur Şirvan xanəndəsi Mirzə Məhəmmədhəsənə həsr ediləcək. SİA-nın məlumatın agörə, iyulun 1-də keçiriləcək tədbirdə xanəndənin həyat və yaradıcılığından söhbət açılacaq, tanınmış xanəndələrin ifaları təqdim ediləcək.

Şamaxı torpağının yetirməsi olan məşhur xanəndə həm də “Nalə” adlı şeirlər kitabının, “Sarıtorpaq şikəstəsi”nin və bir çox təsniflərin müəllifidir. Xanəndə 1917-ci ildə vəfat edib.

Qeyd edək ki, BMM muğam sənətimizin təbliği istiqamətində çoxsaylı layihələr reallaşır. "Unudulmayanlar" layihəsinin məqsədi Azərbaycan milli musiqisinin yaradılması tarixində əvəzolunmaz rol oynamış görkəmli Azərbaycan mədəniyyət xadimlərinin - bəstəkarların, klassik və muğam ifaçılarının həyat və yaradıcılıqlarına dair axşamların təşkil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə