Yazıçısı, türkoloq alim, tarixi romanlar müəllifi Yunus Oğuzun aprel döyüşlərindən bəhs edən "Ovçu" romanı Daşkənddə özbək dilində çap olunub. "Ovçu" romanını özbək dilinə alim, tərcüməçi Gülbahar Aşurova çevirib, məsul redaktoru Burabiyya Rəcəbovadır.

SİA-nın məlumatına görə, kitab Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə dərc edilib. Son bir neçə ildə Daşkənddə müəllifin “Əmir Teymur”, “Şah arvadı və cadugər”, “Sultan Alp Arslan”, “Atabəy Eldəniz” romanları çap olunub və populyarlıq qazanıb.

Romanın Daşkənddə təqdimatı da nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə