“Türk ədəbiyatı"nın 545-ci sayı - Nəşr

“Türk ədəbiyatı" sənət dərgisinin 545 sayı Azərbaycan ədəbiyyatına həsr edilib. SİA-nın məlumatına görə, Türkiyədə nəşr olunan dərgidə Əjdər Olun, Məmməd Dəmirçioğlunun, Vaqif Bəhmənlinin, Afaq Şıxlının, Canan Seyidzadənin, Aqşin Evrenin, Ədalət Əskeroğlunun, Azad Yaşarın, Günel Şamilqızının, Aqşin Yeniseyin, Elxan Zal Qaraxanlının, Ramiz Qusarçaylının, Fərid Heseynin, Cəlil Baloğlanın, Hamlet İsaxanlının, Dilqəm Əhmədin və Sabir Sarvanın şeirləri çap olunub.

Bundan başqa, akademik İsa Həbibbəylinin “Azərbaycan ədəbiyyatı: zəngin ədəbi ənənə və çagdaşlıq” məqaləsində Azərbaycan ədəbiyyatının Dədə Qorquddan başlanan zəngin tarixi və çağdaş durumuna nəzər salınır.

Dərginin başqa bir poeziya çələngində Məmməd İsmayılın, Sabir Rüstəmxanlının, Ramiz Rövşənin, Rəşad Məcidin, Murad Köhnəqalanın, Qulu Ağsəsin, Hüşəng Cəfərinin, Namiq Hacıheydərlinin, Səlim Babullaoğlunun, İbrahım İlyaslının, Nuranə Nurun, Leyla Əsədullayevanın şeirləri oxuculara təqdim olunub...

Bütün xəbərlər Facebook səhifəmizdə