İyunun 16-da Qobustan Milli Tarix-Bədii Qoruğunda "Yoqa və Sağlamlıq Festivalı" reallaşacaq. Bakıda keçirilən Yoqa və Sağlamlıq Festivalı çərçivəsindən sonra növbəti tədbir Qobustan Milli Tarixi-Bədii Qoruğu və Klassik Yoqa Məktəbinin,Hindistanın ölkəmizdəki səfirliyinin əşkilatçılıği ilə gerçəkləşəcək. SİA-nın məlumatına görə, festival artıq beşinci dəfədir ki, təşkil olunanacaq. Tədbir “Sağlamlığın və təbiətin qorunması, birlik və bərabərlik” mövzusuna həsr olunub.

Festivalın proqramında 108 dəfə Günəşi salamlama, hindistanlı yoqindən rəsmi təqdimat, praktikanın müxtəlif növləri, fərqli ənənələr və metodlar, ən aktual fiziki və mənəvi mövzulara dair mühazirələr, Şərq döyüş növlərinin təqdimatı, fitnes və rəqslər, incəsənət, veqan yeməkləri və yoqa malları, habelə etnik konsert və daha da çox xeyirli və maraqlı tədbirlər yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...