"Azərbaycan həqiqətlərini dünyaya çatdıra bilmişik" - Açıqlama

"Reza Deqati hər zaman dünyanın qaynar nöqtələrində olub. Rəssamın əsərləri dünyanın müxtəlif ölkələrində, eləcə də Fransada keçirilən sərgilərdə nümayiş edilib. Onun fotoları vasitəsilə Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdıra bilmişik. Bu fotolar vasitəsilə Azərbaycanın müxtəlif bölgələri ilə yanaşı, Qarabağ həqiqətləri, Xocalı faciəsi dünya ictimaiyyətinin diqqətinə çatdırılır”. SİA-nın məlumatına görə, bu sözləri Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Heydər Əliyev Mərkəzinin parkında tanınmış fotoqraf Reza Deqatinin “Odun ruhu. Vizual səyahətə dəvət” adlı sərgisində bildirib.

O, əlavə edib ki, budəfəki sərgidə tanınmış fotoqrafın Azərbaycanın tarixinin, mədəniyyətinin müxtəlif dövrlərini əks etdirən fotolarından istifadə olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə