AzTV iki yeni layihəyə start verəcək

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, QSC-nin sədri vəzifəsini icra edən Rövşən Məmmədov Şuranın ötən ay keçirilən son iclasından indiyə qədər görülən işlər barədə məlumat verib. Bildirib ki, bu müddətdə AzTV-də “Gənclik stansiyası” adlı gəncləri əhatə edən mövzularla bağlı yeni formatda daha bir veriliş start götürüb. Bundan başqa, “Nəsimi ili” çərçivəsində “Mədəniyyət” TV-də Qiraət müsabiqəsi başa çatıb.

Qeyd edilib ki, yaxın zamanda daha iki yeni layihəyə start veriləcək. Bunlardan biri hərbi vətənpərvərlik mövzusunda, tamamilə yeni formatda “Vətənə xidmət” tok-şousstaudur. Tok-şou hərbi çadırdan yayımlanacaq. Digəri isə Əməkdar artist, şoumen Bəhram Bağırzadənin təqdimatında “Bəhram+” telelayihəsi olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə