Bu gün Bəstəkarlar İttifaqında görkəmli bəstəkar, Xalq artisti Oqtay Zülfüqarovun anadan olmasının 90 illiyinə həsr olunmuş kamera konserti təşkil edilib. SİA-nın məlumatına görə, konsertdə Əfrasiyab Məmmədov, Həqiqət Məhərrəmova, Valeriya İskəndərova, Azərbaycan Dövlət Triosu, Azərbaycan Dövlət Simli Kvarteti çıxış ediblər.

Qeyd edək ki, konsertdə “Yuxu pyesi”, “Trio”, “Yad eylərəm”, “Canana romansları”, “Muğam və rəqsə dəvət” musiqiləri səsləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə