“Müxtəlif dövrlərdə ədiblər həqiqət axtarışında olublar”

“Müxtəlif dövrlərin ədibləri həqiqət axtarışında olublar. Misal olaraq Nizami həqiqəti elmdə, Nəsimi onu insanın simasında, Fizuli eşqdə, Cavid isə gözəllikdə görüb. Amma bütün bunlar Sabirin yaradıcılığında cəm formada öz əksini tapır”. SİA-nın məlumatına görə bu fikirləri tənqidçi alim Əsəd Cahangir “Sabir poeziya günləri” çərçivəsində keçirilən poeziya axşamında deyib.

Tənqidçi alim Sabirin şeirlərini təhlil edərək onun əsərlərinin hələ sağlığında Rusiya, İran, Türkiyə və Orta Asiyada yayıldığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə