Yazıçı, tarixi romanlar müəllifi Yunus Oğuz Özbəkistanın “Turan” Akademiyasının akademiki seçilib. Daşkənddə yazıçının “Şah arvadı və cadugər”, “Sultan Alp Arslan”, “Atabəy Eldəniz” romanları çap olunub.

SİA-nın məlumatına görə, yazıçının “Ovçu” romanı bu günlərdə işıq üzü görəcək. Yunus Oğuz bildirib ki, romanların işıq üzü görməsində və yayılmasında Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rolu böyükdür: "İndiyədək dünyanın 22 ölkəsində 45-dən çox kitabım çap olunub. “Atilla” pyesi, “Nadir şah”, “Təhmasib şah”, “Qədim türklər və rasionallıq nəzəriyyəsi L.N.Qumilyovun tədqiqatlarında”, “Türkün tarixinə yeni baxış”, “Qədim Anadolu və Azərbaycan türkləri” və digər kitabların adlarını çəkmək olar".

Bütün xəbərlər Facebook səhifəmizdə